04:54 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
XƏBƏRLƏR
Qısa URL
8 0 0

İcarədar Zakir Paşayev və müştərilər Polis Şöbəsinə dəvət edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.

BAKI, 19 dekabr — Sputnik. Mingəçevir şəhərində sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən çayxananın işlədiyi məlum olub.

Obyektə baxış zamanı ümumilikdə 15 nəfərin sərtləşdirilmiş karantin rejimi qaydalarını pozaraq orada olduqları aşkarlanıb. İcarədar Zakir Paşayev və müştərilər Polis Şöbəsinə dəvət edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.

Teqlər:
Koronavirus, epidemiya, COVID-19, xüsusi karantin rejimi, sərt karantin rejimi, Karantin rejimi, karantin, çayxana, Mingəçevir, DİN

Əsas mövzular