23:36 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
XƏBƏRLƏR
Qısa URL
8 0 0

Milli Məclisin 22 dekabr iclasında "Korrupsiyaya qarşı mübarizə haqqında", "Banklar haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" və bir sıra digər qanunlara dəyişikliklər ediləcək.

 

BAKI, 19 dekabr — Sputnik. Milli Məclisin dekabrın 22-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 5 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

2. "Şərti maliyyə vahidi haqqında" Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

3. "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Banklar haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

4."Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında" Əsasnaməyə" dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun haqqında layihəsi (ikinci oxunuş).

5.Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Əsas mövzular