15:59 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
XƏBƏRLƏR
Qısa URL
6 0 0

Milli Məclisin plenar iclası və komitə iclaslarının videokonfrans vasitəsi ilə keçirilməsinə dair qanunun müddəti aradan qaldırılıb.

BAKI, 18 dekabr — Sputnik. Milli Məclisin iclaslarının, habelə Milli Məclisin komitə və komissiyalarının iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsinə dair qanunun qüvvədə olma müddəti aradan qaldırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişikliyə baxılıb.

Dəyişikliyə görə, iclasların videokonfrans sistemi vasitəsilə keçirilməsində vaxt çərçivəsi olmayacaq.

Qeyd edək ki, qanunun qüvvədə olma müddəti 2020-ci il dekabrın 30-dək olan dövrü əhatə edirdi. Qanuna təklif edilən dəyişikliklə isə bu müddət aradan qaldırılıb.

Qanuna əsasən, karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclisin 42 deputatının müraciəti əsasında Milli Məclisin Sədri Milli Məclisin iclaslarının, habelə Milli Məclisin komitə və komissiyalarının iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edir.

Videokonfrans sistemi vasitəsilə keçirilən iclaslarda qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir.

Müzakirələrdən sonra layihə III oxunuşda qəbul edilib.

Əsas mövzular