Hərbi əməliyyatlar zamanı ölən və yaralanan tibb işçilərinin sayı açıqlandı

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili  - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə Nazirliyi Tibb Xidməti Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov bildirib ki, hərbi əməliyyatlar zamanı 150 nəfər tibb işçisi yaralanıb, ümumilikdə 42 tibb işçisi xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

BAKI, 17 dekabr - Sputnik. Vətən müharibəsi zamanı digər hərbi qulluqçularla yanaşı, Müdafiə Nazirliyinin tibbi personalı da böyük qəhrəmanlıq və şücaət göstərib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyi Tibb Xidməti Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov bildirib.

Onun sözlərinə görə, hərbi əməliyyatlar zamanı 150 nəfər tibb işçisi yaralanıb, ümumilikdə 42 tibb işçisi xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Onlardan 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır. 

Xəbər lenti
0