16:24 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
XƏBƏRLƏR
Qısa URL
13 0 0

Oğurlanan pulların bir qismi saxlanılan şəxsdən aşkar olunaraq maddi sübut kimi götürülüb. M.Lətifovun barəsində 29-cu Polis Şöbəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün Yasamal Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.

BAKI, 17 dekabr — Sputnik. Yasamal rayonu A.Şərifzadə küçəsində yerləşən marketlərdən birinin içində quraşdırılan ödəmə terminalından oğurluq edilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, naməlum şəxs marketə daxil olaraq terminalı sındırıb və oradan 3500 manat oğurlayıb. Məlumat daxil olan kimi Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Araşdırma zamanı məlum olub ki, ödəmə terminalından oğurluq həmin marketdə nəzarətçi işləyən Oğuz rayon sakini Müşfiq Lətifov tərəfindən törədilib. Əməliyyat zamanı həmin şəxs saxlanılıb.

M.Lətifov ifadəsində iş saatı sona çatdıqdan sonra özündə olan açarla marketə daxil olduğunu və ödəmə terminalındakı pulları ələ keçirdiyini bildirib. Oğurlanan pulların bir qismi saxlanılan şəxsdən aşkar olunaraq maddi sübut kimi götürülüb. M.Lətifovun barəsində 29-cu Polis Şöbəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün Yasamal Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Əsas mövzular