05:48 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
XƏBƏRLƏR
Qısa URL
22 0 0

Təmir-bərpa işləri yekunlaşdıqdan sonra küçə boyu zəruri olan yerlərə yol nişanı və məlumatverici lövhələr quraşdırılaraq, yolcizgi və yolgöstərici xətlərinin çəklişi işləri aparılıb. Mirəli Qaşqay küçəsi yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

BAKI, 17 dekabr — Sputnik. Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2020-ci ilin investisiya proqramına uyğun olaraq, Bakı şəhəri üzrə təmirə ehtiyacı olan küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Sputnik Azərbaycan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına istinadla xəbər verir ki, bu çərçivədə Nəsimi rayonu ərazisində genişmiqyaslı təmir-tikinti işlər davam etdirilir. İşlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, ümumi istifadədə olan küçə və yollarda aparılır.

Artıq rayonun əsaslı şəkildə təmir edilən Mirəli Qaşqay küçəsində işlər sona çatdırılıb. Yenidən qurulan küçənin uzunluğu 2.3 km, eni isə ortalama 8 m təşkil edir.

Küçənin uzun müddət əsaslı təmir olunmaması səbəbindən asfalt-beton örtükdə deformasiyalar əmələ gəlmişdi. Bu isə hərəkət intensivliyinə mənfi təsir göstərirdi.

Layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün mövcud piyada səkiləri bərpa olunub, köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib.

  • Mirəli Qaşqay küçəsi təmirdən sonra
    Mirəli Qaşqay küçəsində yol-təmir işləri
    © Azerbaijan Highway State Agency
  • Mirəli Qaşqay küçəsi təmirdən sonra
    © Azerbaijan Highway State Agency
  • Mirəli Qaşqay küçəsində yol-təmir işləri
    © Azerbaijan Highway State Agency
  • Mirəli Qaşqay küçəsi təmirdən sonra
    © Azerbaijan Highway State Agency
1 / 4
© Azerbaijan Highway State Agency
Mirəli Qaşqay küçəsində yol-təmir işləri

Bundan başqa, yenidənqurma işlərinə uyğun olaraq, küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Bunun ardınca küçə boyunca zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, daha sonra əks dolğu işləri aparılaraq kipləşdirilib.

"İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Təmir-bərpa işləri yekunlaşdıqdan sonra küçə boyu zəruri olan yerlərə yol nişanı və məlumatverici lövhələr quraşdırılaraq, yolcizgi və yolgöstərici xətlərinin çəklişi işləri aparılıb. Mirəli Qaşqay küçəsi yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Əsas mövzular