17:44 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
XƏBƏRLƏR
Qısa URL
25 0 0

AR Fövqəladə Hallar Nazirliyinə yaradıldığı gündən bu günə qədər Kəmaləddin Heydərov rəhbərlik edir.

BAKI, 16 dekabr — Sputnik. Bu gün Fövqəladə Hallar Nazirliyinin yaranmasından 15 il keçir.

Sputnik Azərbaycan xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılıb.

Nazirlik ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirliyin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət göstərir.

FNƏ-ə yaradıldığı gündən bu günqə qədər Kəmaləddin Heydərov rəhbərlik edir.

Əsas mövzular