18:47 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
XƏBƏRLƏR
Qısa URL
52 0 0

Milli Məclisin dekabrın 18-də keçiriləcək iclasında müzakirə ediləcək İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə karantin rejiminin tələblərini pozmağa görə cərimələrin artırılması öz əksini tapıb.

BAKI, 16 dekabr — Sputnik. Azərbaycanda maska taxmamağa görə cərimələr artırılır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin dekabrın 18-də keçiriləcək iclasında müzakirə ediləcək İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcəklər.

Qeyd edək ki, hazırda isə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

Teqlər:
tibbi maska, maska, Milli Məclis, İnzibati Xətalar Məcəlləsi

Əsas mövzular