04:59 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
XƏBƏRLƏR
Qısa URL
10 0 0

Dünən 32 koronavirus xəstəsinə cinayət işi başlanılıb, 49 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb və tibbi qaydalar gözlənilməklə yaşadıqları evə qaytarılıblar.

BAKI, 16 dekabr — Sputnik. COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Dekabrın 15-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 49 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb və tibbi qaydalar gözlənilməklə yaşadıqları evə qaytarılıblar.

Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə 32 nəfər barəsində cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

Teqlər:
Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular