23:03 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
XƏBƏRLƏR
Qısa URL
19010

"Məni yaşadan, atamın girovluqdan azad olunması üçün Fransaya qədər aparan da bu ümid idi. Şükür ki, atam artıq Vətəndədir".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan 

BAKI, 15 dekabr — Sputnik. "Atamı qarşılamaq üçün Bakıya gəlmişəm. Səbirsizliklə onunla qovuşacaq anı gözləyirəm". Bu sözləri Sputnik Azərbaycan-a dünən erməni girovluğundan azad olunan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov söyləyib. O bildirib ki, erməni girovluğunda saxlanılan Şahbaz Quliyevlə Dilqəm Əsgərovun azad olunaraq Azərbaycana gətirilməsi xəbərini alandan sevinclərinin həddi-hüdudu yoxdur: "Atamın və Şahbaz əminin azad olunduğunu bizə dünən dedilər. O xəbəri alan kimi Bakıya gəlmişəm. Atamla qovuşacağım anı səbirsizliklə gözləyirəm. Mən atamın azadlığı üçün var gücümlə çalışdım. Bu işdə bizim ailəmizə dəstək olan hər kəsə minnətdaram. Ən böyük minnətdarlıq isə Azərbaycanın Prezidenti, cənab Ali Baş Komandanımıza düşür. İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazandığımız qələbə sayəsində atam və digər əsir və girovlar ailələrinə qovuşacaqlar. Buna görə prezidentimiz İlham Əliyevə sonsuz minnətdaram".

K.Əsgərov bildirib ki, atasının girovluqdan azad ediləcəyinə hər zaman ümid bəsləyib: "Mən inanırdım ki, atam girovluqdan azad olunacaq. Məni yaşadan, atamın girovluqdan azad olunması üçün Fransaya qədər aparan da bu ümid idi. Şükür ki, atam artıq Vətəndədir. O, Vətəndə girov saxlanırdı. Həm özü azadlığa çıxdı, həm də doğulduğu Kəlbəcəri. Mən atamdan ayrılanda 21 yaşım vardı. Atasız keçən illərimiz çox çətin oldu. Amma şükür bu günə ki, atam və digər əsir və girovlar azadlıqdadır".

Xatırladaq ki, 2014-cü ildən erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov dekabrın 15-də günorta saatlarında təyyarə ilə Bakıya gətiriliblər. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra onlar ailələrinə qovuşacaqlar.

Teqlər:
Şahbaz Quliyev, girov, Kürdoğlu Əsgərov, Dilqəm Əsgərov

Əsas mövzular