14:45 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
XƏBƏRLƏR
Qısa URL
90 0 0

Rəcəb Tayyib Ərdoğan: Bakı səfərimizdə Azərbaycanda Türkiyəyə sevgi və ehtiramın bir daha şahidi olduq.

BAKI, 14 dekabr - Sputnik. Türkiyə bir əsr öncə Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunda olduğu kimi tarixi bir dönüm nöqtəsində azərbaycanlı qardaşlarının yanında yer alıb.

Sputnik Türkiyə xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün nazirlərlə birgə keçirdiyi iclas zamanı Azərbaycanla bağlı müzakirələrə toxunarkən deyib.

Azərbaycan himninin müəllifi Əhməd Cavadın 100 il əvvəl Qafqaz İslam Ordusuna ithaf etdiyi şeiri səsləndirən R.T.Ərdoğan bildirib ki, keçmişdə olduğu kimi yenə də Azərbaycanda Türkiyəyə qarşı olan sevgi və ehtiramın Bakıya son səfəri müddətində bir daha şahidi olub:

"Dəyərli qardaşım İlham Əliyevin kübar dəvətilə Azərbaycana səfərimizə çox önəmli mesajlar daxildir. Azadlıq meydanındakı Zəfər Paradında mərhum Heydər Əliyevin “bir millət, iki dövlət” şüarının yendən təsdiqinin şahidi olduq. Bakı küçələrində, əllərdə, avtomobillərdə, eyvanlarda, pəncərələrdə dalğalanan Türkiyə və Azərbaycan bayraqlarını gördük, insanların zəfər sevincinə heyətimizlə birgə biz də qoşulduq. Vətən Müharibəsində Azərbaycan Ordusundan şəhid olan 2783 hərbçimizi və 100 məsum şəhidimizi ehtiramla yad etdik. Beləcə, Türkiyə və Azərbaycanın sevincinin də, kədərinin də bərabər olduğunu bütün dünyaya sübut etdik".

Ərdoğan iclasda Türkiyədən Azərbaycana və əksinə - Azərbaycandan Türkiyəyə artıq şəxsiyyət vəsiqəsilə heç bir maneəsiz səfərin olacağını da qeyd edib. 

O bildirib ki, Azərbaycanla Türkiyə arasında qəbul edilən bütün müqavilələr iki qardaş ölkə arasında əməkdaşlığı daha da inkişaf etdirəcək:

"Qarşılıqlı vizasız səyahət imkanları ilə yanaşı, media, sərmayə yatırımı, müdafiə sənayesi və infrastruktur başda olmaqla hər sahədə əməkdaşlığımızdan daha uğurlu nəticələr qazanacağımıza əminəm. Dəyərli qardaşım İlham Əliyevin dəvətilə əlaqədar dost ölkəyə səfərimizlə bağlı şəxsim, həyat yoldaşım və millətim adına özünə, həyat yoldaşına və Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Qazanılan zəfərlə bağlı bir daha Azərbaycan türklərini təbrik edirəm".

Əsas mövzular