08:22 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
XƏBƏRLƏR
Qısa URL
13 0 0

"Hamımız başda Ali Baş Komandan, Prezidenti İlham Əliyev olmaqla rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə qazanılan qələbənin şahidi olduq".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 10 dekabr — Sputnik. Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkərimov Azərbaycan xalqını təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, təbrikdə bildirilir:

"Mən bütün Azərbaycan xalqınının bu sevincli günü, Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər münasibətilə qardaş qazax xalqı adından təbrik edirəm, xalqımın səmimi arzularını sizə çatdırıram. Azərbaycan tarixi ədaləti və çoxdan gözlədiyimiz ərazi bütövlüyünü bərpa etdi. Biz hamımız bu şərəfli və parlaq uğurun şahidi olduq. Biz hamımız başda Ali Baş Komandan, Prezidenti İlham Əliyev olmaqla rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə qazanılan qələbənin şahidi olduq. Onun taktiki gedişləri, effektiv strategiyası, dəmir iradəsi və xalqın yenilməz qüruru ilə bu qələbə qazanıldı. Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquqa, BMT-nin Təhlükəsizlik Şurasının çıxardığı qətnamələrə uyğun olaraq öz ərazi bütövlüyünü təmin etdi. Mən bu Zəfər günündə Vətən müharibəsində canlarını qurban verən şəhidlərin ailələrinə başsağlığı verir, döyüşlərdə yaralananlara isə tezliklə sağlamlıqlarına qovuşmasını arzulayıram".

Teqlər:
Ali Baş Komandan, müharibə, qələbə

Əsas mövzular