04:59 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
XƏBƏRLƏR
Qısa URL
6110

İlham Əliyev: "Demişdim ki, gün gələcək və bu gün işğal altında olan torpaqlarda qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcəkdir. Bu gün gəldi".

BAKI, 10 dekabr - Sputnik. "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, "Zəfər paradı"dır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Bakının Azadlıq Meydanında  keçirilən "Zəfər paradı"nda çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.

Paradı tarixi hadisə adlandıran Ali Baş Komandan deyib:

"Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyinə qaldırılmış bayraq gətiriləcəkdir. Demişdim ki, gün gələcək və bu gün işğal altında olan torpaqlarda qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcəkdir. Bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik. Öz çıxışımı məşhur kəlamla yekunlaşdırmaq istərdim.

Hər kəs bilir ki, Ermənistan rəhbərliyi bir il əvvəl demişdir ki, "Qarabağ Ermənistandır və nöqtə". Mən isə demişdim ki, Qarabağ Azərbaycandır! Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Türkiyə-Azərbaycan dostluğu-qardaşlığı! Yaşasın Azərbaycan əsgəri!"

Əsas mövzular