14:46 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
XƏBƏRLƏR
Qısa URL
18 0 0

Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə həmişə böyük öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarını rəhbər tutmuşuq. Qazi Mustafa Kamal Atatürkün təbirincə desək, "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir".

BAKI, 10 dekabr — Sputnik. "Əziz Azərbaycan xalqı, Türkiyə Azərbaycanın apardığı mübarizədə lap əvvəldən bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanında olub".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı bildirib.

"Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə həmişə böyük öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarını rəhbər tutmuşuq. Qazi Mustafa Kamal Atatürkün təbirincə desək, "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir". Bu anlayışla Qarabağı 30 il boyunca sinəmizdə yara etdik. Bu gün bu yaranın sağalmasının sevincini paylaşmaq üçün birgəyik. Azərbaycanın ərazilərini işğaldan azad etməsi mübarizənin bitməsi mənasına gəlmir. Bu günədək siyasi və hərbi sahədə aparılan mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcək", - deyə Ərdoğan qeyd edib.

 

Əsas mövzular