CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"YAŞAT" Fondunun Himayəçilik Şurasının ilk iclası keçirilib

© Mark Wilson / Getty Images / AFPЧиновники, фото из архива
Чиновники, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Fondun vəsaitinin sərəncamçısı müəyyən edilib.

BAKI, 9 dekabr — Sputnik. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – "YAŞAT" Fondunun Himayəçilik Şurasının onlayn formada ilk iclası keçirilib. Bu barədə "ASAN Xidmət"dən Sputnik Azərbaycan-a verilən məlumatda deyilib.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış "YAŞAT" Fondunun fəaliyyət istiqamətləri barədə məlumat verib. Həmçinin Fondun gələcək hədəflərindən söz açılıb.

Himayəçilik Şurasının üzvləri də öz növbəsində cari məsələlər və təkliflərini diqqətə çatdırıblar.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Fondun vəsaitinin sərəncamçısı müəyyən edilib.

Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "YAŞAT" Fondunun Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Abdullayev Çingiz Akif oğlu

Alızadə Sevinc Əsgərxan qızı

Aslanov Novruzəli Davud oğlu

Aşina Məsud

İbrahimov Mənsum İsrafil oğlu

İsgəndərov Anar Camal oğlu

Qasımov Balakişi Ələkbər oğlu

Novruzov Cahangir Mütəllib oğlu

Ramaldanov Şair Ramaldan oğlu

Səfərəliyeva Rəna Teymur qızı

Zəkiyev İlham Əzizağa oğlu.

Xəbər lenti
0