Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısını açıqladı

© Sputnik / Ilham MustafayevŞəhid Məmmədov Elşən Əli oğlunun dəfn mərasimi
Şəhid Məmmədov Elşən Əli oğlunun dəfn mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə Nazirliyi: Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, bu günədək 2723 şəhidimiz dəfn edilib.

BAKI, 8 dekabr - Sputnik. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, bu günədək 2723 şəhidimiz dəfn edilib.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

"İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir.

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!", - məlumatda deyilir. 

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı

Xəbər lenti
0