17:51 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
XƏBƏRLƏR
Qısa URL
81 0 0

Namiq Rəsul oğlu Zeynalov Prezident İlham Əliyevin sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

BAKI, 8 dekabr - Sputnik. Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentin 8 dekabr 2020-ci il tarixli sərəncamında yazılıb: 

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".

Qeyd edək ki, Namiq Zeynalov Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2018-ci il tarixli Sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

O, bu vəzifəyə qədər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsini tutub.

Ötən gün KİV-də onun DTX-nın keçirdiyi əməliyyat nəticəsində saxlanıldığı barədə məlumatlar yayılmışdı. 

Teqlər:
Cəlilabad Rayon İcra Hakimiyyəti, Cəlilabad rayonu, Azərbaycan prezidenti İlham Əliyev, Prezident İlham Əliyev, İlham Əliyev

Əsas mövzular