Bu həftə Şuşaya yeni mənbədən içməli su çatacaq

© AR Ministry of DefenceŞuşa şəhərindən görüntü
Şuşa şəhərindən görüntü - Sputnik Azərbaycan
Abunə olmaq
Anar Cəbrayıllı bildirib ki, yeni mənbə Zarıslı kəndinin yaxınlığında yerləşir və bu həftə oradan içməli su Şuşaya çatacaq.

BAKI, 7 dekabr — Sputnik. Şuşa şəhərinə 2-ci (alternativ) mənbədən içməli su kəməri bərpa edilir. Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

O bildirib ki, "yeni mənbə Zarıslı kəndinin yaxınlığında yerləşir, bu həftə oradan içməli su Şuşaya çatacaq".

Xatırladaq ki, səhmdar cəmiyyəti Şuşaya içməli suyun verilməsinə noyabrın 25-də başlayıb.

Xəbər lenti
0