CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Harry Potter" ən çox nədən qorxduğunu açıqlayıb

© AFP 2023 / MANJUNATH KIRANHarri Potter kitabını oxuyan qız, arxiv şəkli
Harri Potter kitabını oxuyan qız, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Deniel Redklif: "Gənc yaşlarımda internetdə haqqımda yazılan şərhləri oxuyurdum. Müxtəlif axmaq fikirlərə rast gəlirdim. Bu çox zərərli və lazımsız məşğuliyyətdir. Mənim üçün sosial şəbəkələrin əhəmiyyəti yoxdur"

BAKI, 7 dekabr — Sputnik. "Harry Potter" filmləri ilə məşhurlaşan ingilis aktyor Deniel Redklif sosial şəbəkələrdən istifadə etməməsinin səbəbini açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktyor "YouTube"da yayımlanan "First We Feast" şousunda danışıb.

31 yaşlı Deniel sosial şəbəkələrdən qorxduğunu, orada haqqında yazılacaq neqativ şərhlərin onun psixikasına zərər verəcəyini bildirib. Aktyor əvvəllər "Twitter"də hesab açmaq istədiyini, sonradan isə fikrindən döndüyünü deyib:

"Gənc yaşlarımda internetdə haqqımda yazılan şərhləri oxuyurdum. Müxtəlif axmaq fikirlərə rast gəlirdim. Bu, çox zərərli və lazımsız məşğuliyyətdir. Mənim üçün sosial şəbəkələrin əhəmiyyəti yoxdur".

Xəbər lenti
0