CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Tbilisi-Qarsdan keçməklə birbaşa Çinə

Abunə olmaq
Marmaray və Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də Xəzər keçidli Şərq-Qərb Mərkəzi Dəhlizi ilə Çinə gedən ilk ixracat yük qatarı bu gün İstanbuldan yola düşüb.

BAKI, 4 dekabr — Sputnik. Türkiyənin Xarici İşlər Nazirliyi bu ölkədən Çinə gedən ilk ixracat qatarının bu gün İstanbuldan yola düşəcəyini bildirib. Sputnik Azərbaycan-ın Anadolu Agentliyinə istinadla yaydığı məlumata görə, bu barədə Türkiyə XİN-i yazılı açıqlama verib. Açıqlamada bildirilir ki, Marmaray və Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də Xəzər keçidli Şərq-Qərb Mərkəzi Dəhlizi ilə Çinə gedən qatarın 8 min 693 kilometr yol qət edəcəyi, 2 qitə, 2 dəniz və 5 ölkədən keçəcəyi və 12 gün ərzində mənzilbaşına çatacağı bildirilir.

"İlk dəfə Çindən yola düşən və Türkiyənin liderliyi ilə Xəzər keçidli Şərq-Qərb Dəhlizi və Marmaraydan keçməklə 2019-cu ilin noyabr ayında Avropanın Praqa şəhərinə çatan tranzit qatarının istismarı uğurla davam edir. Bu dəfə isə ixracat yükü daşıyan ilk qatar Türkiyədən Çinə yola düşür", – deyə nazirliyin açıqlamasında qeyd olunur.

"Ölkəmiz Şərqlə Qərb arasındakı əlaqələri inkişaf etdirmək və bölgədəki mərkəzi mövqeyini gücləndirmək üçün nəqliyyat sahəsində lazımi addımları atmağa davam edəcək", - deyə məlumatda bildirilir.

Xəbər lenti
0