Şəhidlərə ithaf olunmuş "Əbədi zirvə" adlı musiqi kompozisiyası hazırlanıb - VİDEO

© Sputnik / Murad OrujovLaçının azad edilməsi ilə bağlı tədbir
Laçının azad edilməsi ilə bağlı tədbir  - Sputnik Azərbaycan
Abunə olmaq
Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan musiqi kompozisiyasının klipi tezliklə ictimaiyyətə təqdim olunacaq. Klipin çəkilişlərini Bakı Media Mərkəzi həyata keçirir

BAKI, 4 dekabr — Sputnik. Canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ithaf olunan musiqi kompozisiyası hazırlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, Əməkdar artist Aygün Bəylərin ifa etdiyi "Əbədi zirvə" adlı musiqi kompozisiyasının bəstəkarı Tural Məmmədlidir.

Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan musiqi kompozisiyasının klipi tezliklə ictimaiyyətə təqdim olunacaq. Klipin çəkilişlərini Bakı Media Mərkəzi həyata keçirir.

Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Bir ömür boyu onlara minnətdar olacaq, qəlbimizdə əbədi yaşadacağıq!

Xəbər lenti
0