CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan pandemiyanın qarşısını almaq məqsədilə 2.5 mlrd dollarlıq maliyyə paketi ayırıb

© Sputnik / StringerМедики в Госпитале Таможенного Комитета, фото из архива
Медики в Госпитале Таможенного Комитета, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Pandemiya başladığı zaman bizim 6 funksional laboratoriyamız var idi, hazırda fəaliyyətdə olan laboratoriyalarımızın sayı 40-dan artıqdır"

 

BAKI, 4 dekabr — Sputnik. "Azərbaycan virusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata keçirmişdir. COVID-19 ilə bağlı yaranmış vəziyyətə müvafiq olaraq tərəfimizdən adekvat addımlar atılmışdır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasında çıxışı zamanı deyib. "Bu gün ölkə üzrə koronaviruslu xəstələr 46 dövlət xəstəxanasında müalicə olunur. Pandemiya başladığı zaman bizim 6 funksional laboratoriyamız var idi. Hazırda fəaliyyətdə olan laboratoriyalarımızın sayı 40-dan artıqdır", - deyə dövlətimizin başçısı qeyd edib.

Prezident bildirib ki, pandemiyanın mənfi təsirinin qarşısının alınması məqsədilə hökumət tərəfindən 2.5 milyard ABŞ dolları həcmində iqtisadi-sosial yardım və maliyyə dəstəyi paketi təqdim edilmişdir. Sosial yardım tədbirləri 5 milyon insanı əhatə edir ki, bu da ölkə əhalisinin yarısı deməkdir. Koronavirusla mübarizə heç bir xarici maliyyə dəstəyi olmadan, yalnız daxili mənbələr hesabına maliyyələşdirilib.

Xəbər lenti
0