Koronavirus xəstəsi barədə cinayət işi başlanıb

© Sputnik / Musa MuradliBərdədə vəziyyət
Bərdədə vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
İsmayıllının Göytəpə kənd sakini Yusif Mirzəliyevin COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə ona ev şəraitində müalicə təyin edilib

 

BAKI, 3 dekabr — Sputnik. İsmayıllıda koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, rayonun Göytəpə kənd sakini Yusif Mirzəliyevin COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə ona ev şəraitində müalicə təyin edilib. Lakin Y.Mirzəliyev infeksiya daşıyıcısı olduğunu bilməsinə baxmayaraq, karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları tərəfindən o, yaşadığı ünvana geri göndərilib. İsmayıllı Rayon Polis Şöbəsində Y.Mirzəliyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər lenti
0