16:56 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
XƏBƏRLƏR
Qısa URL
28 0 0

Yeddi ildir müəllimlərin işə qəbulu mərkəzləşmiş qaydada keçirilsə də, aparılan yoxlama nəticəsində ildə çox olmasa da, az sayda imtahandan kənar işə qəbul cəhdləri olur.

BAKI, 2 dekabr — Sputnik. "Qeyri-mərkəzləşdirilmiş sistem etimad və inama bağlıdır. Hazırda məktəb direktoru seçmə məsələsi bir tərəfə qalsın, hansı məktəbdə hansı fənni neçə saat dərs demək lazım olduğunu da Təhsil Nazirliyi müəyyən edir. Çünki hətta bu şərtlər çərçivəsində belə biz hər il bir neçə məktəb direktorunun həmin saatları qeyri-düzgün bölməkdə, paylamaqda problemlərini görürük".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu fikirləri təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, 7 ildir müəllimlərin işə qəbulu mərkəzləşmiş qaydada keçirilsə də, aparılan yoxlama nəticəsində ildə çox olmasa da, az sayda imtahandan kənar işə qəbul cəhdləri olur:

"Son neçə illərdir ki, təhsil sistemində "günahkarı tapıb cəzalandırmaq" modelinə inanırıq, ancaq nəticə eyni olaraq qalır. Odur ki qaydalara əməl edilsə, ona kimin nəzarət edəcəyi o qədər də vacib deyil".

Teqlər:
Təhsil Nazirliyi, təhsil naziri, Emin Əmrullayev

Əsas mövzular