Yetmiş yaşlı aktyor ata olmağa hazırlaşır

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidБорис Невзоров
Борис Невзоров  - Sputnik Azərbaycan
Abunə olmaq
Boris Nevzorov Yelena ilə bir neçə il əvvəl "Malıy" Teatrda tanış olub. 70 yaşlı aktyorun sevgilisi həmin teatrın mühasibatlığında çalışır.

BAKI, 29 noyabr — Sputnik. Rusiyanın Xalq artisti, tanınmış teatr və kino aktyoru Boris Nevzorov üçüncü dəfə ata olacaq.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, 70 yaşlı aktyorun növbəti övladı özündən 25 yaş kiçik olan Yelena adlı xanımdan olacaq.

Boris Nevzorov Yelena ilə bir neçə il əvvəl "Malıy" Teatrda tanış olub. 70 yaşlı aktyorun sevgilisi olan qadın, "Malıy" Teatrın mühasibatlığında çalışır.

Qeyd edək ki, Boris Nevzorov rəsmi olaraq 3 dəfə evli olub. Aktyorun əvvəlki nikahlarından oğlu və qızı var.

Xəbər lenti
0