22:05 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
XƏBƏRLƏR
Qısa URL
11 0 0

Prezidnetin köməkçisi deyib ki, Tərtər hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ən çox atəşə məruz qalan Azərbaycan şəhərindən biridir.

BAKI, 28 noyabr — Sputnik. Tərtər hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ən çox atəşə məruz qalan Azərbaycan şəhərindən biridir. Elə günlər olurdu ki, gündəlik əsasda Tərtər şəhərinə 2300 – 2400-dən artıq mərmilər düşürdü.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Tərtərə səfəri zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri tərəfindən məqsədyönlü şəkildə Tərtər şəhərinin bombardmanı həyata keçirilirdi:

"Bunun da nəticəsində mülki insanlar arasında çoxlu sayda ölən və yaralananlar olmuşdu. Bu məqsədlə də Ermənistan silahlı qüvvələri tərəfindən kassetli "Smerç" raketləri də daxil olmaqla, bütün növ artilleriyadan istifadə olunurdu".

Qeyd edək ki, sentyabrın 27-dən atəşkəs sazişinin imzalandığı noyabrın 10-na qədər Tərtər şəhərinə 16 277 raket və top, minaatan mərmisi, 21 ədəd isə qadağan olunmuş "Smerç" raketi atılıb. Hadisələr zamanı 17 dinc sakin dünyasını dəyişib, 63 dinc sakin isə yaralanıb.

Rayon ərazisində olan 102 ictimai yaşayış binasında 83-ü zərər görüb, 2-si isə tamamilə dağılıb. Ümumilikdə 4 004 ailəyə ziyan dəyib. Həmin ailələrdən isə 271-nin evi tamamilə dağılıb. Hətta bir evə ardıcıl olaraq 7 mərmi düşüb.

Teqlər:
kasetli bomba, top mərmisi tapılıb, mərmi, raket mərmisi, Tərtər rayonu, Tərtər şəhəri, Tərtər, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Hikmət Hacıyev

Əsas mövzular