Amin Musayevin geri qaytarıldığına dair yayılmış video həqiqəti əks etdirmir

© AFP 2023 / LOIC VENANCEСотрудник Красного Креста, фото из архива
Сотрудник Красного Креста, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Təqdim edilən bu videodakı əsgər Amin Musayev deyil, Nəriman Ağayevdir. N.Ağayev AzTV-nin əməkdaşı Cavad Ağayevin övladıdır.

BAKI, 26 noyabr — Sputnik. Sosial şəbəkələrdə hazırda əsirlikdə olan Amin Musayevin geri qaytarıldığına dair yayılmış video həqiqəti əks etdirmir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə AzTV-nin Facebook sosial şəbəkəsində məlumat paylaşılıb. Məlumatda bildirilir ki, təqdim edilən bu videodakı əsgər Amin Musayev deyil, Nəriman Ağayevdir. N.Ağayev AzTV-nin əməkdaşı Cavad Ağayevin övladıdır.

Nəriman İkinci Qarabağ müharibəsinin iştirakçılarındandır və həqiqi hərbi xidmətini davam etdirdiyi hərbi hissəyə sağ-salamat geri qayıdıb. Qeyd edək ki, Amin Musayev və Bayram Kərimovun əsirlikdən xilas edilməsinə dair danışıqlar davam edir.

Xəbər lenti
0