08:17 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
XƏBƏRLƏR
Qısa URL
44 0 0

Ermənistanın baş naziri və xanımı Müqəddəs Eçmiədzin kilsəsinə xeyli sayda mühafizəçinin müşayiəti ilə gedib.

BAKI, 23 noyabr - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın avtomobil karvanı paytaxt Yerevanda hərəkətdə olan zaman şəhərin bir sıra küçələri bağlanır.

Sputnik Azərbaycan Ermənistan mətbuatına istinadla xəbər verir ki, baş naziri müşayiət edən avtomobil karvanı şəhərdə hərəkətdə olanda, Yerevanın küçələrində digər nəqliyyat vasitələrinin hərəkətinə icazə verilmir. Yerli KİV bunun sakinlərin narahatlığı ilə qarşılandığını vurğulayıb.

Bu qayda son günlər ortaya çıxıb. Daha əvvəl yayılan məlumata görə, Paşinyan cangüdənlərinin sayını artıraraq mühafizəsini gücləndirib.

Ermənistanın baş naziri və xanımı Müqəddəs Eçmiədzin kilsəsinə xeyli sayda mühafizəçinin müşayiəti ilə gedib.

Teqlər:
Yerevan, Ermənistanın baş naziri Nikol Paşinyan, baş nazir Nikol Paşinyan, Nikol Paşinyan

Əsas mövzular