00:06 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
10 0 0

Noyabrın 23-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi şərq rayonlarında intensiv olacağı gözlənilir.

BAKI, 22 noyabr - Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 7-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

Noyabrın 23-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi şərq rayonlarında intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi ayır-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.

Teqlər:
Abşeron, hava haqqında, hava haqqında, hava

Əsas mövzular