"Ayə, harya gedersən, ayə" mahnısının müəllifi: Burada kədər var

Abunə olmaq
Vüsal Rzasoy: Əgər bir sevginin sonunda “happy end” varsa o yalandı, mənfəət güdməkdi. Sevəndə sonunu düşünməmək lazımdır. Ona görə insanlarımız xoşbəxt olmur ki, qız onun sonunu gözləyir. “Məni alacaqsanmı?” sualı ortalığa düşən anda sevgi bitir”.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 22 noyabr — Sputnik. Vüsal Rzasoy –  Pantomima teatrında bir çox obrazları canladırıb, bundan başqa, bir sıra mahnıların müəllifidir. Amma hər kəs onu “Ayə, haraya gedersən?” mahnısı ilə tanıyıb. Fərqli imici və qeyir-adi üslubu ilə fərqlənən Vüsal Rzasoy özü və sənəti barədə Sputnik Azərbaycan-a danışıb:

“Naxçıvanın Şərur rayonunda anadan olmuşam. Bir neçə məktəb dəyişdim. Guya ən yaxşı məktəbi axtarırdım. Amma sonradan anladım ki, əslində mən mühit axtarırmışam. Elə indi də mühit axtarıram. Fikrimcə, insan həmişə özünə münasib mühit axtarır. Azərbaycanda da digər ölkələrdəki kimi mühit maraqlıdır. Bunun mənfi, müsbət və məzəli tərəfləri var”.

© Sputnik / Murad OrujovVüsal Rzasoy
Ayə, harya gedersən, ayə mahnısının müəllifi: Burada kədər var - Sputnik Azərbaycan
Vüsal Rzasoy

Həmsöhbətimiz yaşadığımız mühitin mənfi tərəflərindən danışıb: “Bir dəfə avtobusda gedirəm, tədbirlərin birinə dəvət olunmuşdum. Mən aşıq sənətini çox sevirəm. Onların oba-oba, kəndbə-kənd gəzib dastan danışanlarını sevirəm. Aşıqların qoyduğu papaqdan da çox xoşum gəlir. Aşıq papağını başıma qoyub gedirdim. Bir nəfər başladı ki, "bu bizim milli papağımızdır, buna ciddi yanaşmaq lazımdır. Olmaz, sən saqqal, saç saxlamısan, ayıbdı". Söhbət o yerə çatdı ki, biz dava etməli olduq. Davada gözüm göyərdi və mən o halımla səhnəyə çıxdım. Heç o insan bilmir incəsənət nədir. Bu, yaşadığım mühitin olduqca mənfi tərəfidir”.

“Bir dəfə də gitara ilə gedirəm. Bir oğlan yaxınlaşıb salamsız-kəlamsız soruşur ki, "bu gitara neçəyədir?" Mən də təmkinlə cavab verdim. Niyə maraqlandığını soruşdum. Dedi "evdə atamın gitarası var, çalıb eləmir, satmaq istəyirəm". Bu adam o gitaranın mənəvi dəyərini düşünmür. Bu nəinki instrumentin mahiyyətini anlayır, heç atasıyla o alətin arasındakı bağı da bilmir. Atasının bəlkə də o alətlə bağlı arzuları olub. Bəlkə də atası gitaranı məhz ona görə atıb, gedib fəhlə işləyib ona görə. Amma oğul ata üçün əziz olan aləti satır. Elə buna görə də insan mühit axtarır” – deyə əlavə edib.

3 il idi Avropada yaşayan qəhrəmanımız Azərbaycana gələn kimi üz tutub ucqar kəndlərimizə. Onun fikrincə, ən koloritli insanlar məhz kəndlərdə yaşayır:  “Çox darıxmışdım Azərbaycan üçün. Qayıdandan sonra saz almaq istədim. Bunun üçün getdim Qazağa. Ondan sonra Azərbaycanın bir çox rayonuna getdim. Xüsusən də rayon insanlarının rahat olması, ləhcələri filan mənə doğma, daha səmimi gəlir. Həmin dövrdə də Helman Hessenin “Siddhartha” əsərini oxudum. Bir anlıq Siddhartha olmaq istədim. O abu-havanı da rayonlarda hiss elədim.  Mənə “zəhmət olmasa”, “rica edirəm”, “lütfən”lə danışan insanlardansa dağda yaşayan çoban səmimi gəlir. “Zəhmət olmasa, qələmi mənə verin” və “Ay qadan alım, pendir yeyersənmi?” sizcə hansı daha səmimi səslənir? Sözsüz ki, 2-ci. Mənə görə çoban həqiqidir, səmimidir. O özünü kiməsə göstərmək üçün Motsarta, Bethovenə qulaq asmır. O, istədiyi həyatı yaşayır və daha səmimidir.  İnsan ilkinlikdən inkişafa doğru gedib axı. Bizim ilkin dövrümüz elə çobanın həyat tərzi olub. Ona görə də bizə doğmadır.

© Sputnik / Murad OrujovVüsal Rzasoy
Ayə, harya gedersən, ayə mahnısının müəllifi: Burada kədər var - Sputnik Azərbaycan
Vüsal Rzasoy

Bir günün içərisində "Ayə, haraya gedirsən, ayə mahnısı ilə məşhurlaşan Vüsal Rzasoy həmin mahnının yaranma tarixindən danışıb: “Mənə görə insan səmimi yaşayanda, kimlərəsə özünü göstərməyə çalışmayanda daha xoşbəxt olur. Elə ona görə getdim çobanların yanına. Əsl xalq onlardır. “Ayə haraya gedersən, ayə” mahnısı da oradan gələndən sonra yarandı. Hər kəs gülürdü mahnıya, qeyri-ciddi qəbul edirdilər. Əslində belə deyildi. Ən böyük gülüşlərin içində böyük bir kədər var. Çoban oğluna müraciət edir ki, "hara gedirsən, anan bilirmi hara getdiyini?". Yəni, sən gedirsən, mən bir təhər dözərəm, amma anan bu həsrətə dözərmi? Bu mahnını Aztv-də bir verilişdə oxudum, bunu qeyri-ciddi mahnı kimi qarşıladılar və efirə getməsinə icazə vermədilər”.

Rzasoy bu mahnını hazırlayanda artıq öz üslubunu tapdığını fikirləşib: “Mən bu mahnını hazırlayanda fikirləşdim ki, artıq üslubumu tapmışam. Amma efirə getmədi. Onlar üçün qeyri-standart idi. Onlar düşündülər ki, bu bir zarafatdır, qeyri-ciddi qarşıladılar. Amma bu, mənim üçün bir konsept idi. Müxtəlif personajların dilindən mahnılar ifa etmək mənim üslubum idi. Sonra bir müddət buna ara verdim. Çünki, cəmiyyət bunu neqativ qarşıladı. Amma mən bunu davam etdirəcəm. Bilirsiz, mənə görə, ağır, ciddi mövzular yorucudur. Mən bundan yorulmuşam”.

Milli Xalça Muzeyində görkəmli mədəniyyət xadimi, Xalq rəssamı Bədurə Əfqanlının xatirəsinə həsr olunmuş sərgi təşkil edilib - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Öz təxəyyülünü milyonlarla azərbaycanlının şüuruna hopdura bilmiş sənətkar

“Növbəti hansı bölgənin ləhcəsinə müraciət etmək istəyirsiniz?” sualına Vüsalın cavabı belə oldu:

“Mənə Qazax ləhcəsindən sonra maraqlı gələn ləhcələrdən biri də Qax ləhcəsidir. Mənə görə şimal-qərb bölgəsi, xüsusən də Qax daha proqressivdir. Bu da ondan irəli gəlir ki, ora multikultural bölgədir, orada başqa millətlər də yaşayır. Və bu da istər-istəməz təsir edir”.

“Ailəmiz ziyalı ailəsidir. Anam bizə hekayalər oxuyurdu, atam sazda ifa edirdi. Biz bununla böyüdük. Böyüdüm baxçaya getdim, məktəbə getdim, gördüm ki, yox dünya heç də bizim ailəmiz kimi düşünmür, insanlar tamamilə başqa cür düşünürlər. İnsanlar daha qəddar və aqressivdirlər. Bir-biriləri ilə anamın oxuduğu hekayələrdəki kimi davranmırlar. Ailəmiz və cəmiyyətimiz arasında olan uçurumu gördüm, məndə özümə qapanma yarandı”.

Neft Akademiyasında təhsil alan Vüsalı daha çox Pantonim teatrı cəlb edib: “Mənə təklif gəldi, mən də onu məmnuniyyətlə qəbul etdim. O teatr ruhuma daha yaxındır, çünki orada azadıq var. Bəxtiyar Xanızadədən çox şey öyrəndim. Mahnıya yanaşma tərzini mənə o öyrətdi. Orada oxuya-oxuya da musiqi ilə məşğul olurdum. Otururdum ən arxa partada, qarşıma bir mahnını qoyurdum, əlimdə də gitara ilə o mahnını öyrənirdim. Öndə dərs gedirdi. Oxuduğum fakültə qabaqcıl idi, normal qarşılayırdılar bunu. Müəllimlərim buna etiraz etmirdilər”.

© Sputnik / Murad OrujovVüsal Rzasoy
Ayə, harya gedersən, ayə mahnısının müəllifi: Burada kədər var - Sputnik Azərbaycan
Vüsal Rzasoy

Bütün dünyanı cənginə alan pandemiya dövrü müsahibimizdən də yan keçməyib:

“Bir sıra layihələrim var idi. Pandemiyayla bağlı hamısı dayandı. O layihələr həyata keçsəydi, möhtəşəm olacaqdı. Konservatoriyaya qəbul olunmuşam,  klassik vokal üzrə. Amma təhsilimi dayandırmışam, çünki onlayn təhsil almaq istəmirəm. Seçilməyi düşünmürəm. Daha çox özüm olmağa cəhd edirəm. Bu da məni digərlərindən fərqləndirir. Bəzən Məcnun, bəzən də Dərviş oluram”.

“Kiməsə görə Məcnun olarsınız?” sualına cavabında Rzasoy deyir ki, "o, Günəş olsa yanaram, o, Dəniz olsa üzərəm, o, Səma olsa uçaram”. Amma sevgidə bir gözlənti olmamalıdır. Əgər bir sevginin sonunda “happy end” varsa o yalandı, mənfəət güdməkdir. Sevəndə sonunu düşünməmək lazımdır. Ona görə insanlarımız xoşbəxt olmur ki, qız onun sonunu gözləyir. “Məni alacaqsanmı?” sualı ortalığa düşən anda sevgi bitir”.

Xəbər lenti
0