06:52 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
21 0 0

Fərmana əsasən, Nazirlər Kabineti həmçinin, “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanundan irəli gələn məsələləri həll edəcək. 

BAKI, 20 noyabr — Sputnik. Nazirlər Kabinetinin səlahiyyətləri artırılır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün imzalanan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” fərmanında əksini tapıb.

Fərmana əsasən, yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək.

“Dövlət rüsumu haqqında” qanunun mobil cihazların qeydiyyatına görə dövlət rüsumunun tutulması xüsusiyyətlərinə uyğun olaraq, hər növbəti il üçün dövlət rüsumunun məbləğlərinin, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi üçün həmin məbləğlərin təsdiq edilməsi haqqında müvafiq normativ hüquqi aktın layihəsi cari il sentyabr ayının 25-dək “Büdcə sistemi haqqında” qanunda nəzərə tutulmuş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək. 

Fərmana əsasən, Nazirlər Kabineti həmçinin, “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanundan irəli gələn məsələləri həll edəcək. 

Teqlər:
fərman, səlahiyyət, Nazirlər Kabineti

Əsas mövzular