CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıya xüsusi təyinatlı texnika gətirilir

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidВид на город со смотровой площадки в Баку
Вид на город со смотровой площадки в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Müasir texnikaların tətbiqi şəhərimizin sanitar təmizlıyinin yüksəlməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına böyük təsir göstərərək Bakının dünyanın ən gözəl şəhərlərindən biri olmasına yardımçı olacaq.

BAKI, 19 noyabr — Sputnik. Ölkə başçısı İlham Əliyevin şəhər təsərrüfatı və kommunal xidmətlərin işinin daha da təkmilləşdirilməsi, bu istiqamətdə həyata keçirilən işlərin yeni səviyyəyə çatırılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti qarşısında qoyduğu tapşırıqlarin icrası həyata keçirilir.

Bu barədə Sputnik Azərbaycan-a BŞİH-dən məlumat verilib.

Bildirilib ki, bu işlər çərçivəsində paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə Prezidentin ayırdığı maliyyə vəsaiti hesabına ötən il Bakı şəhər kommunat təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən kommunal təyinatlı yeni avtonəqliyyat vasitələri və mexanizmlər alınıb, bu il də bu işlər davam etdirilir. Bu gün ölkəmizin müharibə şəraitində olmasına və koronavirus pandemiyası ilə mübarizə tədbirərinin genişləndirilməsinə baxmayaraq bu il üçün alınması nəzərdə tutulan 25 ədəd Almaniya istehsalı olan xüsusi təyinaylı avto nəqliyyat vasitəsınin 16-ı artıq Bakıya gətirılib, qalanları da ilin sonuna kimi gətiriləcək.

© The Executive Power of the Baku City
Bakıya gətirilən xüsusi təyinatlı texnika - Sputnik Azərbaycan
1/4
Bakıya gətirilən xüsusi təyinatlı texnika
© The Executive Power of the Baku City
Bakıya gətirilən xüsusi təyinatlı texnika - Sputnik Azərbaycan
2/4
Bakıya gətirilən xüsusi təyinatlı texnika
© The Executive Power of the Baku City
Bakıya gətirilən xüsusi təyinatlı texnika - Sputnik Azərbaycan
3/4
Bakıya gətirilən xüsusi təyinatlı texnika
© The Executive Power of the Baku City
Bakıya gətirilən xüsusi təyinatlı texnika - Sputnik Azərbaycan
4/4
Bakıya gətirilən xüsusi təyinatlı texnika
1/4
Bakıya gətirilən xüsusi təyinatlı texnika
2/4
Bakıya gətirilən xüsusi təyinatlı texnika
3/4
Bakıya gətirilən xüsusi təyinatlı texnika
4/4
Bakıya gətirilən xüsusi təyinatlı texnika

Yeni texnikaların tətbiqi kommunal xidmətlərin mövcud avtoparkınin yeniləşməsinə və əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsinə səbəb olacaq. Texnika sayının artırılması şəhərin müxtəlif rayonlarında məişət tulantılarının vaxtında daşınması və şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.

Bakı Şəhər Mənzil Kommunal Təsəttüfatı Departamentinin Avtonəqliyyat qarajında təşkil olunmuş təqdimat mərasimində yeni gətirilmiş xüsusi təyinatlı avtonəqliyyat vasıtələri və mexanizmlər, onların texniki göstəriciləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, müxtəlif həcmli və təyinatlı bu texnikalar həm də Bakı şəhərində Böyük Britaniyanın "Mott MacDonald" şirkətinin iştirakı ilə həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin paytaxtın digər rayonlarında da tətbiq edilməsi işlərində böyük kömək olacaq.

Yeni, müasir texnikaların tətbiqi şəhərimizin sanitar təmizlıyinin yüksəlməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına böyük təsir göstərərək Bakı şəhərinin dünyanın ən gözəl şəhərlərindən biri olmasına yardımçı olacaq.

Xəbər lenti
0