16:32 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
42 0 0

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4000 nəfərdən artıq azərbaycanlı itkin düşmüş hesab olunur.

BAKI, 19 noyabr — Sputnik. Ermənistan müdafiə nazirinin sabiq müavini, keçmiş deputat, milli qəhrəman Manvel Qriqoryan ölüb. Bu barədə məlumatı Sputnik Ermənistan yayıb.

Məlumatda 65 yaşlı erməni generalın ağır xəstəlikdən öldüyü qeyd olunur.

Xatırladaq ki, Ermənistanın müdafiə nazirinin sabiq müavini, milli qəhrəman Manvel Qriqoryan Xocalı soyqırımının törədilməsi, Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin, mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştrak edib.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4000 nəfərdən artıq azərbaycanlı itkin düşmüş hesab olunur.

Teqlər:
Cəbrayıl, girov, Füzuli, Xocalı faciəsi, Xocalı soyqırımı, Xocalı qətliamı

Əsas mövzular