12:55 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
22 0 0

"Ötən həftə Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də Şərq çinarları əkilib və palıd toxumları səpilib".

BAKI, 18 noyabr — Sputnik. İşğaldan azad olunmuş Zəngilan rayonunun ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, rayonda xidməti vəzifələrinin icrasına başlayan Daxili İşlər, Müdafiə Nazirlikləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının iştirakı ilə Şərq çinarları əkilib.

Bu barədə Sputnik Azərbaycan-a Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib. O qeyd edib ki, payız ağac əkini mövsümündə Azərbaycanın bütün bölgələrində olduğu kimi işğaldan azad olunmuş ərazilərimizdə də müxtəlif cinsli ağaclar, əsasən də Şərq çinarları əkilir.

"Ötən həftə Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də Şərq çinarları əkilib və palıd toxumları səpilib", - deyə Nazirliyin rəsmisi bildirib.

Əsas mövzular