İsrail və Macarıstanın əsl "peyvənd milliyyətçiliyi"

© © Handout / Russian Direct Investment Fund / AFPВакцина от коронавируса, фото из архива
Вакцина от коронавируса, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa Şurasının koronavirus əleyhinə peyvənd strategiyası yalnız bu qurumun əhatə etdiyi ölkələrin ərazisində istehsal olunmuş preparatlardan istifadəni nəzərdə tutur.

Sputnik, İrina Alksnis

BAKI, 18 noyabr — Sputnik. İsrail COVID-19 vaksinin alınması ilə bağlı Rusiya ilə danışıqlar aparır. Bu, Valdimir Putinlə Benyamin Netanyahu arasında baş tutmuş telefon danışığından sonra məlum olub. İsrail dövlətinin rus kəşfinə maraq göstərməsi sensasiya doğurmadı. Çünki əsl hay-küy bir neçə həftə bundan əvvəl, Qüdsdəki Hadassah Tibb Mərkəzinin 1,5 milyon dozalıq Rusiya istehsalı olan "Sputnik V" vaksini sifariş etməsi barədə informasiya yayılanda qopmuşdu. İki ölkənin liderləri arasındakı telefon danışığı isə, sadəcə artıq başlamış prosesin təbii davamı kimi görünür.

Ancaq İsrail yalnız rus tibbi preparatına bel bağlamır. Əksinə, Netanyahunun da Putinlə danışandan sonra bəyan etdiyi kimi məqsəd – "mümkün olduğu qədər çox vətəndaş (İsrail vətəndaşı – red.) üçün mümkün olduğu qədər çox mənbədən mümkün olduğu qədər çox peyvənd əldə etməkdir".

Ümumiyyətlə, İsrail Baş nazirinin sözü ilə əməli üst-üstə düşür. Hələ bir neçə ay bundan əvvəl İsrail Amerikanın "Moderna" şirkəti ilə peyvənd alınması üçün müqavilə bağlamışdı. Keçən həftə isə Tel-Əvivin "Pfizer" şirkəti ilə də analoji razılıq əldə olunduğu barədə məlumat verildi.

Производство вакцины от COVID-19 на фармацевтическом заводе Биннофарм - Sputnik Azərbaycan
"Sputnik V" vaksinin birinci partiyası Rusiyanın bölgələrinə göndərilib

Bir sözlə, hazırda İsrail xəstəliyin təhlükəsini və geniş yayılmasını, səhiyyə sistemi üzərində yaratdığı yükü və milli iqtisadiyyata vurduğu zərbəni nəzərə alaraq, tamamilə haqlı şəkildə dərin praqmatik mövqe tutub. Yalnız elmi mülahizələrə güvənərək ideoloji və siyasi fikirlərə məhəl qoymadan, necə deyərlər, yumurtaları bir deyil, bir neçə səbətə yığmaqla məşğuldur.

Lakin hazırda Qərb dünyası üçün belə bir yanaşma unikal və qeyri-adi hesab edilə bilər. Çünki Avropa Şurası (AŞ) öz üzvlərini bərabərləşdirməyə çalışır, ipə-sapa yatmayanları isə qurumun tərkibindən çıxaracağı ilə hədələyir. Belə ölkələrdən biri də Macarıstandır. AŞ-nın koronavirus əleyhinə peyvənd strategiyası yalnız bu qurumun əhatə etdiyi ölkələrin ərazisində istehsal olunmuş preparatlardan istifadəni nəzərdə tutur. Yeri gəlmişkən, bu elə Rusiyanın bir neçə ay əvvəl ittiham olunduğu "peyvənd millətçiliyi"dən başqa bir şey deyil. Hazırda üç əczaçılıq şirkəti – "AstraZeneca", "Sanofi-GSK" və "Johnson&Johnson" ilə bu sahədə əməkdaşlıq üçün müqavilə imzalanıb.

Moskva ilə peyvəndlə bağlı əməkdaşlığa başlayan Budapeşt isə AŞ-nın qərara əməl etməyən ölkələrə qarşı inzibati tədbirlər görəcəyi ilə bağlı xəbərdarlığına rəğmən Brüsselə qarşı çıxıb. Əslində, macarlar belə hədə-qorxulara da, onlara əhəmiyyət verməməyə də alışıblar. Odur ki bu həftə "Sputnik V"-nin ilk nümunələri sınaq üçün Macarıstana çatdırılacaq. Orada artıq rus peyvəndinin istehsalının təşkili üçün yer də hazırlanır.

Вакцина от коронавируса, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Türkiyə Rusiyanın "Sputnik V" peyvəndinin istehsalında maraqlıdır

Əslində, Macarıstan rəhbərliyini başa düşmək çətin deyil. Koronavirusun birinci dalğası AŞ üzvlərinin bu pandemiya ilə təkbaşına mübarizə aparmalı olduqlarını göstərdi. Və hazırda gündəlik antirekordların qeydə alındığını, daha çox yoluxmanın və ölüm hallarının baş verdiyini nəzərə alsaq, nikbinlik üçün heç bir əsas yoxdur.

Kömək göstərmək lazım gələndə öz yaxasını kənara çəkən AŞ isə üzv ölkələrdən COVID-19-la mübarizədə onun qoyduğu qaydalara əməl etmələrini istəyir.

Üstəlik, rus peyvəndi Avropada hazırlanan analoji preparatlardan fərqli olaraq, daha tez istifadəyə hazır olacaq. Digər tərəfdən, Avropada istehsal olunmuş peyvənd preparatlarının özü ilə bağlı problemlər də çoxdur. Məsələn "Oksford" peyvəndinin ("AstraZeneca" istehsalı olan) sınaqdan keçirilməsi bir sıra xoşagəlməz hadisələrlə müşayiət olunmuşdu. Bununla belə, həddən artıq ucuz olduğuna görə (bir dozası 2.5 avro) AŞ həmin preparatı almağa qərar verdi. Fransa istehsalı olan "Sanofi" peyvəndi haqqında isə heç bir mənfi xəbər yayılmasa da qiyməti baha olduğundan (digərindən təxminən dörd dəfə), AŞ bu preparata üstünlük vermədi.

Вакцина от коронавируса, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
"Sputnik V" vaksini barədə suallara cavab: "Tənqidçilər tiri öz gözlərində axtarsınlar"

Digər bir məqam isə peyvənd preparatlarının AŞ daxilində necə paylaşdırılacağı ilə bağlıdır. "AstraZeneca"nın istehsalı olan ucuz preparatların AŞ-nın üzvü olan Şərqi Avropa dövlətlərinin payına düşmə ehtimalı böyükdür. Və həmin peyvəndin istifadəsi nəticəsində insanların sağlamlığına kütləvi şəkildə zərər deyərsə, bu problemin həlli yenə milli hökumətlərin üzərinə düşəcək. Odur ki, mövcud vəziyyətdə Macarıstan rəhbərliyinin qəbul etdiyi qərar tamamilə sağlam düşüncənin məhsuludur və həqiqətən, ölkənin milli maraqlarının müdafiəsinə yönəlib.

Yeri gəlmişkən, "Hadassah" Tibb Mərkəzinin direktoru, professor Zeev Rotşteyn rəhbərlik etdiyi müəssisənin rus peyvənd preparatlarını alması barədə danışarkən məhz elə bunu nəzərdə tutmuşdu: "Mən bu qərarı qəbul edərkən siyasi və digər sahələrdəki mövcud fikir ayrılığını diqqətə almadığıma və məsələyə sırf tibbi nöqteyi-nəzərdən yanaşdığıma görə tamamilə sakitəm. Çünki biz bitərəfik, siyasi qərəzimiz yoxdur. Peyvəndə də yalnız xəstələrimizin müalicəsində ilkin vacib element kimi yanaşırıq".

Ancaq belə görünür ki, bu cür yanaşma müasir Qərb üçün qəbuledilməzdir. Çünki onlar ideologiyanı öz millətlərinin sağlamlığından üstün tuturlar. Bununla belə, Köhnə Avropanın əhalisinin ən keyfiyyətli peyvəndlə təmin olunacağı şübhəsizdir. Bu qitənin yerdə qalan dövlətləri isə bundan sonra da "yuxarıdan" gələn qərarları kor-koranə yerinə yetirəcəklərsə, bu onların seçimidir və nəticələrinə görə məsuliyyəti də özləri daşıyırlar. Bu cür addımlar sayəsində həmin dövlətlər dünyanın gözündə sivilizasiya arzusuna bağlılığın müstəqillikdən imtina ilə nəticələndiyini göstərən ən bariz nümunələrə çevrilir.

Xəbər lenti
0