QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycanla Türkiyə iki dövlət bir ürək olub zülmü devirdi - Dövlət Baxçalı

© AFP 2023 / ADEM ALTANDövlət Baxçalı, arxiv şəkli
Dövlət Baxçalı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Baxçalı: Arzumuz Dağlıq Qarabağı bütünlüklə təmizləmək və təcavüzkar Ermənistanı vətən torpaqlarının hər zərrəsindən qazıyıb atmaqdır.

BAKI, 18 noyabr — Sputnik. Türkiyə və Azərbaycan əl-ələ verərək iki dövlət bir ürək oldu və zülmü devirdi.

Sputnik Azərbaycan NTV-yə istinadla xəbər verir ki, bu sözləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli Türkiyə Böyük Millət Məclisində qəbul olunan Azərbaycana türk hərbçilərin göndərilməsi ilə bağlı qanuna münasibət bildirərkən deyib. 

"Bununla da Azərbaycanın arxasında dayandığımızı bir daha göstərdik. Arzumuz Dağlıq Qarabağı bütünlüklə təmizləmək və təcavüzkar Ermənistanı vətən torpaqlarının hər zərrəsindən qazıyıb atmaqdır", – deyə Baxçalı qeyd edib.

Siyasi lider 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanmış razılaşmaya da öz münasibətini bildirib. Atəşkəsin mahiyyətini və texniki məsələləri bəzi qüvvələrin mübahisə mövzusuna çevirmək cəhdinin əməliyyatın nəhəng strateji ölçülərini ört-basdır etməyə qadir olmadığını deyən Baxçalı "Azərbaycan Respublikası apardığı hərbi mübarizənin nəticəsindən siyasi vasitə kimi istifadə etməyi bacardı, regional və qlobal balansı qoruya bildi və ordusunun taktiki üstünlüyü sayəsində beynəlxalq nüfuz qazandı", – deyib.

"Türkiyə və Azərbaycan əl-ələ verərək iki dövlət bir ürək oldu və zülmü devirdi", – deyən Bahçelinin sözlərinə görə, 28 ildir dondurulmuş münaqişə zonası olan Dağlıq Qarabağın öz zəncirlərindən əhəmiyyətli dərəcədə qurtulması möhtəşəm uğur hekayəsi kimi tarixə düşdü.

Xəbər lenti
0