22:23 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
34 0 0

Bu səbəbdən də alimlər ağır olmayan COVID-19 xəstələrinə, zəruri ehtiyac olmadığı təqdirdə, xüsusən də ilkin mərhələdə antibiotik qəbulundan imtina etməyi tövsiyə edir.

BAKI, 18 noyabr - Sputnik. SARS-CoV-2 koronavirusa yoluxan zaman antibiotik qəbulu xəstənin vəziyyətini ağırlaşdıra və ciddi fəsada səbəb ola bilər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu qərara Xuaçjun universitetinin alimləri apardıqları araşdırma zamanı gəliblər.

Araşdırma çərçivəsində mütəxəssislər COVID-19-a yoluxan və ağır siptomlar yaşamayan 1613 xəstənin vəziyyətini müşahidə edib.

Onlar xəstəxanaya bakterial–infeksiyanın aşağı riski ilə gətiriliblər. Onlar iki qrupa ayrılıb. Biri müalicə üçün antibiotik qəbul edir.

30 günlük müşahidənin sonunda xəstələrin yarısında ağırlaşma müşahidə edilib. Antibiotik qəbul edən qrupda ağırlaşma gözləniləndən daha çox olub.

Beləliklə, antibiotiklər xəstəliyin inkişafına, xəstəxanada uzun müddət qalmasına (15 gündən çox) və ikincili infeksiyaların inkişafına səbəb olub. Müşahidələr zamanı ölümün artması qeydə alınmayıb.

Bu səbəbdən də alimlər ağır olmayan COVID-19 xəstələrinə, zəruri ehtiyac olmadığı təqdirdə, xüsusən də ilkin mərhələdə antibiotik qəbulundan imtina etməyi tövsiyə edir.

Teqlər:
korona virusu, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular