16:33 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
19 0 0

Mərkəzin 2015-ci ildə nəşr etdiyi və Londonda geniş təqdimatını keçirdiyi müasir Azərbaycan şairlərinin poetik nümunələrinin toplandığı "Candles" – 101 verses ("Şamlar" – 101 şeir) kitabı Fondun kitabxanasına yerləşdirilib.

BAKI, 17 noyabr — Sputnik. Dövlət Tərcümə Mərkəzi ilə Almaniyanın "Lyrik Kabinett" Fondu arasında olan əməkdaşlıq çərçivəsində Mərkəzin 2015-ci ildə nəşr etdiyi və İngiltərənin paytaxtı Londonda geniş təqdimatını keçirdiyi müasir Azərbaycan şairlərinin poetik nümunələrinin toplandığı "Candles" – 101 verses ("Şamlar" – 101 şeir) kitabı Fondun kitabxanasına yerləşdirilib.

Sputnik Azərbaycan xəbər verir ki, 1994-cü ildə yaradılan "Lyrik Kabinett" Fondu Avropanın poeziya üzrə ixtisaslaşmış ikinci ən böyük kitabxanasıdır. Kitabxanada dünya ədəbiyyatının ingilis və alman dilində nəşr olunan seçmə nümunələrindən ibarət xeyli sayda kitab, audio, videomateriallar, ədəbi jurnallar və s. saxlanılır.

Teqlər:
kitab, kitabxana, Azərbaycan

Əsas mövzular