06:30 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
54 0 0

ABŞ təmsilçisi: "Biz Minsk Qrupu prosesinin həmsədri kimi rolumuza sadiqik... doğrudan da bir həftədir riayət olunan, atəşkəsə səbəb olan Rusiyanın fəaliyyətini tanıyırıq".

BAKI, 17 noyabr — Sputnik. Birləşmiş Ştatlar və Fransa Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdə Türkiyənin rolu barədə təfərrüatları gözləyirlər. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ dövlət Departamentinin yüksəkvəzifəli məmuru ABŞ Dövlət Katibi Mayk Pompeo və Fransa Xarici İşlər naziri Jan İv Le Drian arasında görüşün yekunları barədə jurnalistlərə açıqlamasında bildirib.

"Onlar (Pompeo və Drian–red.) Dağlıq Qarabağ haqqında ətraflı danışıblar. Həmsədrlər (ATƏT-in Minsk qrupu) kimi ortaq bir fikir bölüşdülər: Biz Minsk Qrupu prosesinin həmsədri kimi rolumuza sadiqik... doğrudan da bir həftədir riayət olunan, atəşkəsə səbəb olan Rusiyanın fəaliyyətini tanıyırıq. Bununla yanaşı, biz Rusiyanın aydınlaşdırmalı olduğu, məsələn Türkiyənin rolu da daxil olmaqla, müqavilənin parametrləri kimi bir sıra məsələlərin də olduğunu etiraf edirik", - deyə rəsmi qeyd edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Liderlər Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də ( sonradan bu müddət noyabrın 25-dək artırılıb) Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Teqlər:
Türkiyə, həmsədr, Mayk Pompeo, ATƏT Minsk qrupu

Əsas mövzular