Ermənistan müxalifəti Paşinyanı istefaya göndərmək niyyətindədir

© © Yuri KOCHETKOV / POOL / AFPПремьер-министр Армении Никол Пашинян, фото из архива
Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Naira Zöhrabyan ölkə parlamentinin deputatlarını hərbi vəziyyəti ləğv etməyə və Baş nazir Nikol Paşinyanı istefaya göndərməyə çağırıb.

BAKI, 17 noyabr — Sputnik. Müxalif "Çiçəklənən Ermənistan" partiyasının üzvü Naira Zöhrabyan ölkə parlamentinin deputatlarını hərbi vəziyyəti ləğv etməyə və Baş nazir Nikol Paşinyanı istefaya göndərməyə çağırıb. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

"Bu gün iclas zalında bir məsələ müzakirə olunmalıdır – hərbi vəziyyətin ləğv olunması və Nikol Paşinyanın istefası. Başqa məsələni müzakirə etmək üçün bizim mənəvi haqqımız yoxdur", - deyə Zöhrabyan parlamentdə çıxışı zamanı qeyd edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Liderlər Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də ( sonradan bu müddət noyabrın 25-dək artırılıb) Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Bundan sonra Ermənistanda hakimiyyətə qarşı etiraz aksiyaları başlayıb.

Xəbər lenti
0