Türk Ordusu Azərbaycana gəlir – RƏSMİ

© AFP 2023 / OMAR HAJ KADOURТурецкие солдаты, фото из архива
Турецкие солдаты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumat əsasən, qanun layihəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən parlamentə təqdim olunub.

BAKI, 16 noyabr — Sputnik. Türkiyə Böyük Millət Məclisinə Türk hərbçilərin Azərbaycana göndərilməsinə dair qanun layihəsi təqdim olunub. Bu barədə Sputnik Türkiyə məlumat yayıb. 

Məlumata əsasən qanun layihəsi Türkiyə Prezidenti tərəfindən parlamentə təqdim olunub.

"Azərbaycanla Ermənistan arasındakı münaqişə ilə bağlı atəşkəs rejiminə riayət olunub-olunmadığına nəzarət etmək məqsədilə Azərbaycan ərazilərində birgə müşahidə mərkəzinin yaradılması üçün hərbçilərin göndərilməsi barədə qanun layihəsi Prezident Rəcəb Tayyib Ərdoğanın imzasıya TBMM-ə göndərilib", - deyə məlumatda bildirilib.  

TBMM rəhbərliyinə təqdim olunan layihədə Türkiyə ilə Azərbaycan arasında strateji ortaqlıq və qarşılıqlı yardım şərtləri əksini tapıb.

Həmin şərtlərə görə, Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün yaradılacaq Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin harada yerləşəcəyinə Azərbaycan qərar verəcək. 

Mərkəzin Azərbaycanın işğaldan azad edilən ərazilərində yaradılması, hərbçilərin sayının Türkiyənin prezident administrasiyasi tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulub.

Türk hərbçilər Türkiyə Konstitusiyasının 92-ci maddəsinə uyğun olaraq 1 il müddətində sözügedən Mərkəzdə xidmət edəcəklər.   

Qeyd edək ki, sözügedən qanun layihəsi 16 avqust 2010-cu ildə imzalanmış "Türkiyə və Azərbaycan Respublikaları arasında Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Anlaşması" əsasında hazırlanıb. 

Xəbər lenti
0