20:34 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
31901

Ceyhun Bayramovun xahişi ilə rusiyalı nazir Rusiya Prezidentinin "Humanitar Reaksiya üzrə İdarələrarası Mərkəzin yaradılması haqqında" fərmanının icrası istiqamətində görüləcək işləri açıqlayıb.

BAKI, 15 noyabr — Sputnik. Bu gün Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla Rusiya XİN-in başçısı Sergey Lavrov arasında telefon danışığı olub.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Rusiya XİN-in saytında məlumat verilib.

Nazirlər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin atəşkəsə dair Birgə Bəyanatının icrasını və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların nəticələrini ətraflı nəzərdən keçiriblər.

RF Silahlı Qüvvələrinin sülhməramlı kontingentinin yerləşdirilməsi və işin yerlərdə təşkili kontekstində tərəflərin praktik addımlarının əlaqələndirilməsinə xüsusi diqqət yetirilib.

Ceyhun Bayramovun xahişi ilə rusiyalı nazir Rusiya Prezidentinin "Humanitar Reaksiya üzrə İdarələrarası Mərkəzin yaradılması haqqında" fərmanının icrası istiqamətində görüləcək işləri açıqlayıb.

"Nazirlər, həmçinin münaqişədən sonrakı yenidənqurma, humanitar problemlərin həlli və bölgədəki dini və mədəni irsin qorunması üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, UNESCO və Beynəlxalq Qırmızı Xaç Komitəsi daxil olmaqla beynəlxalq təşkilatların fəal şəkildə cəlb olunmasının vacibliyini təsdiqləyiblər.", - deyə məlumatda bildirilir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən isə bildiriblər ki, tərəflər bölgədə mövcud olan son durumu, 10 noyabr tarixli üçtərəfli bəyanatın icrasını, razılaşmadan irəli gələn bir sıra məsələlərin, o cümlədən humanitar xarakterli tədbirlərin reallaşmasında əlaqələndirmənin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Rusiya Prezidenti Vladimir Putin
© Sputnik / Aleksey Druzhinin

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır.

Bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, Ermənistan tərəfi öz qüvvələrini Kəlbəcərdən çəkmək üçün noyabrın 15-dək qoyulan müddətin noyabrın 25-dək uzadılmasını istəyib. Hava şəraiti çətinləşir, o istiqamətdən yalnız bir yol - Zod-Vardenis yolu var və yolun ötürücülük qabiliyyəti aşağıdır. Azərbaycan bunu nəzərə alaraq, humanistlik nümayiş etdirib və Kəlbəcərdə yerləşdirilmiş mülki əhalinin noyabrın 25-dək çıxarılmasına razılıq verib.

Teqlər:
Ceyhun Bayramov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiya prezidenti Vladimir Putin

Əsas mövzular