Sabah Azərbaycana qar yağacaq

© Sputnik / Shahperi AbbasovaXınalığa qar yağıb
Xınalığa qar yağıb - Sputnik Azərbaycan
Abunə olmaq
Noyabrın 16-da Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq bölgələrdə isə qar yağacağı gözlənilir.

BAKI, 15 noyabr - Sputnik. Milli Hidrometeorologiya Xidməti noyabrın 16-da gözlənilən hava şəraitini açıqlayıb. 

Sputnik Azərbaycan noyabrın 16-da Bakıda və Abşeron yarımadasında arabir  yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-9, gündüz  12-14, Bakıda gecə 6-8 gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək,  nisbi rütubət  80-90  faiz olacaq.  

Noyabrın 16-da Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.  Havanın temperaturu  gecə 5-9,  gündüz 10-15, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz  2-6 dərəcə  isti olacaq.   

Xəbər lenti
0