04:58 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
16 0 0

Uzun müddətdən bəri bu dağa dırmanmağın qadağan olunması azərbaycanlı apinistlərin bölgəyə gəlişini çətinləşdirirdi.

BAKI, 15 noyabr — Sputnik. Ağrı dağına alpinistlərin dırmanmasına icazə veriləcək. Sputnik Azərbaycan-ın Anadolu agentliyinə istinadən yaydığı xəbərə görə, bu baradə Ağrı valisi Osman Varol məlumat verib. O, bildirib ki, bu ilin dekabr ayından etibaran alpinistlər dağa dırmana biləcəklər.

Qeyd edək ki, bölgədə uzun illərdən bəri həyta keçirilən terror əməliyyatları səbəbindən Ağrı dağına dırmanmaq rəsmi şəkildə qadağan olunmuşdu.

Osman Varol bildirib ki, 5 min 137 metr hündürlüyündəki Ağrı dağı böyük dünya daşqınından sonra Nuhun gəmisinin məhz burada dayanmasına olan inanc sayəsində bütün dünyadan olan alpinistlərin marağını özünə cəlb edir. O, xüsusilə də Azərbaycan, İran və Gürcüstan alpinistlərinin bu dağa böyük maraq göstərdiklərini bildirib.

Azərbaycanlı alpinist "Hava və Ekstremal İdman Klubu"nun idmançısı Babək Orabanlı isə qeyd edib ki, Ağrı dağının Azərbaycan üçün böyük əhəmiyyəti var. "Ağrı dağı Türkiyənin ən yüksək zivəsi hesab olunur. Uzun müddətdən bəri bu dağa dırmanmağa icazə verilməməsi azərbaycanlı apinistlərin bölgəyə gəlişini çətinləşdirirdi. Ağrı dağına çıxmaq istəyən azərbaycanlı alpinistlərin sayı çoxdur", - deyə o bildirib.

Qeyd edək ki, bir müddət bundan əvvəl xüsusi işıqlandırma texnikası ilə Ağrı dağında Azərbaycan və Türkiyə bayraqlarının əks oluncağı və bu mənzərənin Ermənistanın paytaxtı Yerevandan görünəcəyi bildirilmişdi.

Əsas mövzular