BAKI, 13 noyabr — Sputnik. Aktrisa Nəsrin Cavadzadə sevgilisi Gökhan Alkanı ailəsi ilə tanış edib.
Sputnik Azərbaycan xəbər verir ki, cütlük ötən gün restoranların birində görüntülənib. Nəsrinin ana və atası da onların yanında olub.
Eyni serialda rol alan Alkan və Cavadzadə münasibətlərini ciddiləşdirmək qərarına gəliblər. Aktyor jurnalistlərin suallarına "Artıq sözə ehtiyac yoxdur" cavabını verib.
Cavadzadənin həmkarı Talat Bulut "Nəsrin ərə gedir, sizdən qaçır. Gerisini siz tapın" sözlərini deyib.
View this post on Instagram
Qeyd edək ki, Nəsrin Cavadzadə və sevgilisi Gökhan Alkan azərbaycanlıların da sevə-sevə izlədiyi "Yasak elma" serialında rol alıblar. Sözügedən serialda saxta sevgili obrazını canlandıran cütlük bir müddət öncə "Instagram" hesabından sevgilərini bəyan ediblər.