13:27 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
8910

Aktyorun oğlu Baş leytenant Rövşən Nurzadə Şuşanın işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə canından keçib

BAKI, 13 noyabr — Sputnik. Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Əli Nurun oğlu  şəhid olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə sözügedən teatrın mətbuat xidməti məlumat verib.

Bildirilib ki, Baş leytenant Rövşən Nurzadə Şuşanın işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə canından keçib: "Teatrımızın rəhbərliyi və kollektivi adından hörmətli Əli Nura və onun doğmalarına başsağlığı verir, şəhid zabitimizə Allahdan rəhmət diləyirik. Ruhu şad olsun! Torpaq Rövşən kimi oğullarla Vətən olur! Bütün şəhidlərimizin əbədi və əziz xatirəsi qarşısında baş əyirik!"

Əsas mövzular