21:48 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
63 0 0

Azərbaycanın Rusiyadakı səfiri: "Şuşada ata evimiz dağıdılıb, indi əsas məqsədim bu evi bərpa etmək, atamın doğulduğu, uşaq olanda olduğum o torpağı öpməkdir".

BAKI, 12 noyabr - Sputnik. Şuşanın işğaldan azad edildiyi xəbərini eşidəndə sevindiyim kimi, 40 ildir sevinməmişdim.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu keçirdiyi onlayn brifinq zamanı bildirib.

O qeyd edib ki, dədə-baba yurduna yenidən qayıtmaq böyük sevincdir.

"Şuşada ata evimiz dağıdılıb, indi əsas məqsədim bu evi bərpa etmək, atamın doğulduğu, uşaq olanda olduğum o torpağı öpməkdir. İlk fürsətdə oraya gedəcəyəm. Həm də orada işlərim çoxdur, işin qızğın vaxtıdır. Bir az imkan yaranan kimi mütləq Şuşaya gedəcəyəm", - deyə səfir bildirib. 

Teqlər:
Şuşa, Azərbaycan Respublikasının Rusiyada Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu, Polad Bülbüloğlu

Əsas mövzular