08:14 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
147 0 0

Şuşa şəhərinin strateji əhəmiyyəti nəzərə alınaraq, DTX-nin Şuşa şəhər idarəsi təsis edilib və yaxın günlərdə onun fəaliyyəti təmin olunacaq.

BAKI, 12 noyabr — Sputnik. İşğaldan azad edilmiş ərazilərdə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) idarə və şöbələri fəaliyyətə başlayır.

Sputnik Azərbaycan DTX-nin mətbuat şöbəsinin məlumatına istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" 29 oktyabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri xidmətə başlayıb.

Şuşa şəhərinin strateji əhəmiyyəti nəzərə alınaraq, DTX-nin Şuşa şəhər idarəsi təsis edilib və yaxın günlərdə onun fəaliyyəti təmin olunacaq.

Teqlər:
Şuşanın azad olunması, Şuşa şəhəri, Şuşa, Dövlət Təhlükəsizlik Xidməti

Əsas mövzular