Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

© AP Photo / Juan KaritaЗахоронение человека скончавшийся от COVİD-19, фото из архива
Захоронение человека скончавшийся от COVİD-19, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib ki, son gündə bu ölkədə daha 32 nəfər ölüb.

BAKI, 12 noyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 112680-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 2132 nəfər artıb.

Ermənistanda son gündə daha 32 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1668-ə çatıb. Xəstəlikdən sağalanların sayı 70130 nəfər olub. Hazırda bu ölkədə 40452 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 52,1 milyonu keçib, 1,28 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0