06:48 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1159)
75 0 0

Millət vəkili: "Qarabağ tamamilə işğaldan azad olunduqdan sonra ola bilər ki, Qələbə Günü məhz 8 noyabr olsun"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 12 noyabr — Sputnik. Noyabrın 8-də Azərbaycanın müzəffər Ordusu Şuşa şəhərini də işğaldan azad edib. Tarix boyu Azərbaycan üçün xüsusi əhəmiyyətə malik olan Şuşanın işğaldan azad olunması respublikanın hər yerində xüsusi təmtəraqla, coşqu ilə qeyd olundu.

Torpaqlarımızın azadlığı uğrunda 27 sentyabrdan başlayan döyüşlər, demək olar ki, Şuşa istiqamətində gedən döyüşlərlə özünün ən pik həddinə çatdı.

Millət vəkili Tahir Kərimli Sputnik Azərbaycan-a açıqlamasında 8 noyabrın ayrıca bir gün kimi xüsusiləşməsinə ehtiyac olduğunu deyir: "Qarabağ tamamilə işğaldan azad olunduqdan sonra ola bilər ki, Qələbə Günü məhz 8 noyabr ola, yaxud da bu gün ermənilər üçün tamamilə Kapitulyasiya günü hesab oluna bilər. Yəni, hələlik bu haqda düşünmək bir qədər tez olsa da, onu qeyd edim ki, 8 noyabr xüsusi bir gün kimi mütləq qeyd olunmalıdır. Çünki Şuşanın işğaldan azad olunması bizim üçün xüsusi önəm daşıyır. Əslində, elə Şuşanın alınması bizim ən böyük qələbəmizdir. Ən azı, bu günün Şuşanın işğaldan azad olunması günü kimi qeyd olunmasını istəyirəm".

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1159)

Əsas mövzular